Nalbandyan Moskvaya gedir

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan noyabrın 18-də işgüzar səfərlə Moskvaya yollanacaq. Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya paytaxtında o, həmkarı Sergey Lavrovla görüşəcək.

Ermənistan Xarici İşlər Nazirliyindən səfərin məqsədi barədə təfərrüat əldə eləmək mümkün olmayıb.

AzNews.az