08:12
(077) 610-22-33

Azərbaycanlı qadını təcavüzlə hədələyən şəxs məhkəmədə- Moskvada

  • >
2 429 19 Noyabr 2013 08:49 | Region

Noyabrın 19-da Moskvanın Şelkovski məhkəməsində azərbaycanlı Lalə Ağayevanı təcavüz və ölümlə hədələyən, onun qohumu Ramil Cəlilova qarşı zorakılıq nümayiş etdirən yerli fəal Aleksandr Stepkinin işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Bu dəfə iş üzrə ekspertiza aparmış mütəxəssislər Kryukov və Batov dindiriləcək.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Stepkin 2012-ci ilin mayında Cəlilov soyadlı azərbaycanlı məktəblinin onunla bir məktəbdə oxuyan 7-ci sinif şagirdi Yekatirinanı hədələdiyini iddia edərək qızın müdafiəsinə qalxıb.

Aleksandr Cəlilovun qohumu Lalə Ağayevanı hər iki şagirdin
oxuduğu məktəbin həyətində görərək ondan Cəlilovun valideynlərinin məktəbə gəlməsini istəyib. Ancaq məktəbə Cəlilovun valideynləri yox, əmisi Ramil Cəlilov gəlib.

Stepkin polis leytenantı olan R.Cəlilovun onu döydüyünü bildirib. Ancaq daha sonra Lalə Ağayeva polisə ərizə yazaraq A.Stepkinin onu ölümlə hədələdiyini bildirib. Həmçinin Stepkin və onun tanışı Vorobyov soyadlı şəxs tərəfindən R.Cəlilovun döyüldüyü, ona tərəf silahdan atəş açıldığı da deyilir.

Bundan sonra A.Stepkinə qarşı ölümlə hədələmək, xuliqanlıq maddələri ilə cinayət işi açılıb.

Ötən il sentyabrında psixologiya elmləri namizədi, psixolonqivistika üzrə müətəxssis Batov və Rusiya Kulturologiya İnstitutunun direktor müavini Kryukov işlə bağlı ekspertiza aparıb.

Onlar belə qənaətə gəliblər ki, Stepkin Lalə Ağayevə və Ramil Cəlilova qarşı neqativ davranış sərgiləyib, təhqiredici ifadələr işlədib.

Hətta Stepkinin L.Ağayevanı meşəyə apararaq təcavüz edəcəyi, daha sonra öldürüb basdıracağı, hər iki azərbaycanlını milli mənsubiyyətinə görə təhqir etdiyi ifadələrdə yer alıb.
Sabahkı məhkəmə prosesində işlə bağlı rəyini açıqlayan ekspertlər dindiriləcək.

Elnur
AzNews.az
Bağla X