Toyda kütləvi zəhərlənmə: 80 nəfər xəstəxanalıq oldu

Türkiyənin Manisa vilayətinin Demirçi şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Toyda yemək yeyən 80 nəfər zəhərlənərək, xəstəxanaya qaldırılıb. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonaqlar toya verilən noxud yeməyi, şorba, ətli yeməklər , halva yeyiblər.

Bir müddət sonra yemək yeyənlərdə mədə bulanması, qusma və qarın ağrısı baş verib. Təcili Tibbi Yardım xidmətinə zəng vurulub və hadisə yerinə çoxlu sayda ilk tibbi yardım qrupları göndərilib. Vəziyyətləri ağır olan 80 nəfər Dəmirçi və Körpübaşı dövlət xəstəxanalarına qaldırılıblar.

İlk müdaxilədən sonra xəstələrin vəziyyətinin yaxşı olduğu bildirilib. İlkin təyinetmələrə görə, insanlar ətli yeməklərdən zəhərləniblər. Hadisə ilə əlaqədar istintaq başlayıb.

Elman
AzNews.az