Moskva-Yerevan reysində xuliqanlıq

Növbəti xuliqanlıq hadisəsi Moskva-Yerevan reysində qeydə alınıb.

Moskva-Yerevan reysi ilə hərəkət edən təyyarənin sərnişinlərindən biri göyərtədə hay-küy salıb. Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV şahidlərə istinadən xəbər verir.

Reysin sərnişini, 28 yaşlı Erasx sakini siqaret çəkmək üçün tualetə gedir, lakin burada təyyarədə siqaret çəkməyin qadağan olunması barədə xəbərdarlıq ediləndə cavan oğlan salonda olan zərif cinsin nümayəndələrinin ünvanına ədəbsiz ifadələr işlətməyə başlayır, sərnişinlərə və bələdçilərə sataşmağa cəhd edir.

Ona sakitləşməklə və səs-küyə son qoymaqla bağlı edilən çağırışlar bir nəticə vermir.

Təyyarə yerə endikdən sonra şəxs izahat vermək üçün polis bölməsinə çağırılır. Polisin mətbuat xidmətindən insidenti təsdiqləsələr də, təfərrüatlar barədə məlumat verilmir.

AzNews.az