Türkiyə vitse-spikeri: “Qızlarla oğlanlar ayrı təhsil alsın”

Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri, AKP-li deputat Sadiq Yaqut bu gün TBMM-də şok çıxışa imza atıb.

Lent. az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, vitse-spiker bu gün parlamentdə 14-cü Beynəlxalq Uşaq Günü ilə bağlı çıxışında deyib ki, qız və oğlanların birlikdə təhsil almasına qarşıdır: "Təəssüf ki, qız və oğlanların bu günə qədər birlikdə təhsil almasını bir səhv olaraq görürəm. İnşallah, növbəti tədris ilində bu səhv aradan qaldırılacaq".

Xatırladaq ki, daha öncə də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qız və oğlanların bir yataqxanada qalmalarının qarşısını alacaqları barədə bəyanat vermişdi.

AzNews.az