08:53
(077) 610-22-33

Körpəsini öldürüb, üstünə beton tökdü

  • >
479 22 Noyabr 2013 19:18 | Region

Türkiyədə ana iki günlük uşağını öldürüb, basdırdıqdan sonra üzərinə beton töküb.AzNews.az xəbər verır kı, ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2010-cu ildə uşağın anası İ.S nişanlısı hərbi xidmətdən hərbi məzumiyyətə gələndə onunla əlaqəyə girib. Bundan sonra hamilə qalan qadın bunu gizlətməyə çalışıb.

9 ay hamiləliyini ailəsindən gizlədən qadın sancıları başladıqdan anası və qardaşı tərəfindən xəstəxanaya aparılıb.

Analizlər nəticəsində qızının hamilə olduğunu öyrənən ana həkimə 500 TL rüşvət təklif edərək uşağın abort edilməsini istəyib. Həkim qadına qeysəriyyə əməliyyatı edərək uşağı götürür.

Vəziyyəti öyrənən Qarslı ailə uşağın öldürülməsinə qərar verib. Gizli şahidlərin dediyinə görə, ana və qızı uşağı boğaraq öldürüb. Sellofan paketdə boğularaq öldürülən uşaq evlərinin həyətində basdırılır. Polisə şikayətdən sonra evin həyətində istintaq işləri aparılıb və uşağın basdırıldığı yerə beton töküldüyü aydın olur.

Məhkəmə uşağını öldürən anaya ömürlük həbs cəzası, qızın anasına isə uşağı qəsdən öldürmə cinayətinə və cinayətdə əlbir olduğuna görə, 15 il həbs cəzasına məhkum edib.

Doğumu həyata keçirən ginekoloq isə qəsdən öldürmə cinayətinə təşəbbüsə görə 15 il, qızın əmisi isə cinayəti ört-basdır etməsinə görə 2 il 6 ay cəza verilməliymiş. Amma yaşı 18-dən aşağı olduğuna görə 1 il 8 ay həbs cəzasına məhkum edilib.

AzNews.az
Bağla X