Əhmədinejadın məhkəməsi olacaq

İranda islam inqilabından sonra ilk dəfə bir sabiq prezident hakim qarşısına çıxacaq. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, Mahmud Əhmədinejadın məhkəmə prosesi noyabrın 26-da başlayacaq.

Proses Tehran Cəza Məhkəməsində baş tutacaq və ictimaiyyətə qapalı olacaq. İranın sabiq prezidentinin məhkəmə prosesində iştirakı zəruridir və M. Əhmədinejad ona qarşı irəli sürülmüş ittihamlara görə özünü müdafiə etməlidir. Ancaq hələlik ona qarşı hansı ittihamların irəli sürüldüyü məlum deyil. M. Əhmədinejadın 9 iddiaçının şikayəti əsasında mühakimə ediləcəyi bildirilir.

AzNews.az