Baş nazır hakım partıyanın sədri seçilib

Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının 3-cü qurultayında Gürcüstanın sabiq Baş naziri Bidzina İvanişvili partiyanın fəxri sədri vəzifəsindən də istefa verdiyini bəyan edib. "Axar.az"ın xəbərinə görə, qurultayda partiyanın sədri Baş nazir İrakli Qaribaşvili, baş katib isə energetika naziri Kaxa Kaladze seçilib. Partiyanın yeni nizamnaməsi təsdiq edilib, Siyasi Şuranın üzvlərinin sayı isə 21 nəfərdən 12 nəfərə endirilib. Xatırladaq ki, Gürcüstan prezidenti Georgi Margvelaşvili bu ilin noyabrın 20-də İrakli Qaribaşvilini baş nazir təyin edib.

AzNews.az