Rusiyada azərbaycanlı iş adamına məxsus restoranlar sökülür- Foto

Rusiyada azərbaycanlı iş adamı İlham Əliyevə məxsus "Chinar Group"a daxil olan daha bir restoran söküləcək.

Lunaçarski, 5 üvanında yerləşən "Süfrə" adlı restoranın qanunsuz tikildiyi bildirilir.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, restoranın yerləşdiyi ərazi 422 kv m ərazini əhatə edir.

Qeyd edək ki, azərbaycanlı iş adamı İlham Əliyev bu ilin mayında həbs olunub. O, mütəşəkkül qətllərdə ittiham edilir.

Söküntü işlərinin bu həftə ərzində başa çatdırılacağı gözlənilir.

Xatırladaq ki, azərbaycanlı iş adamına məxsus restoranların söküntüsü bir neçə gün əvvəl başlayıb. Noyabrın 25-də İlham Əliyevə məxsus "Çinar" restoranı da sökülüb.

Elnarə
AzNews.az
image description image description image description image description image description