Baş nazir 54 nəfərin ölümünü üzərinə götürdü ... və istefa verdi


Riqada "Maxima" ticarət mərkəzində 54 nəfərin ölümü ilə nəticələnən dağıntıdan sonra baş nazir Valdis Dombrovskis istefa verib.

AzNews.az xəbər verir ki, bu barədə qərarını baş nazir özü açıqlayıb.

V.Dombrovskis prezident Andris Berzinşemlə müzakirə apardıqdan sonra bu barədə qərarını açıqlayıb.

Baş nazir hadisənin siyası məsuliyyətini üzərinə götürüb. V.Dombrovskis bu barədə keçirəcəyi mətbuat konfransında daha ətraflı danışacağını vurğulayıb.

Elnarə
AzNews.az