13:06
(077) 610-22-33

İranın Ərak ağır su nüvə reaktoruna baxış keçiriləcək

  • >
379 28 Noyabr 2013 18:51 | Region

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri dekabrın 8-də Ərak ağır su nüvə reaktoruna baxış keçirəcəklər. APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, bu barədə agentliyin icraçı direktoru Yukiya Amano açıqlama verib. O deyib ki, bununla bağlı İrandan rəsmi dəvət alıblar.

Qeyd edək ki, noyabrın 11-də İranla beynəlxalq agentlik arasında əməkdaşlığa dair razılaşma əldə olunub və həmin sənədə əsasən rəsmi Tehran agentliyin müfəttişlərinə Ərak ağır su nüvə reaktoruna baxış keçirməyə icazə verib.

AzNews.az
Bağla X