Karen Bekaryan: “Avrasiya İttifaqına daxil olmaq Avropaya inteqrasiya imkanlarımızı əlimizdən almamalıdır...” Karen Bekaryan: “Avrasiya İttifaqına daxil olmaq Avropaya inteqrasiya imkanlarımızı əlimizdən almamalıdır...”

Ermənistandan ikili oyun

Karen Bekaryan: “Avrasiya İttifaqına daxil olmaq Avropaya inteqrasiya imkanlarımızı əlimizdən almamalıdır...”


Ermənistan detallı araşdırmalardan sonra Avrasiya ittifaqına daxil olmalıdır. Bu barədə fikirləri "Avropaya İnteqrasiya" içtimai təşkilatının rəhbəri Karen Bekaryan səsləndirib. O, newsarmenia.ru saytına müsahibəsində Ermənistanın Avropaya inteqrasiyası məsələsi ilə bağlı sualı cavablandırarkən deyib ki, - "bu suala cavab vermək üçün gərək Avrasiya İttifaqının sənədlər paketi olsun. Belə bir sənəd isə hələ yoxdur. Əgər sənəddə Avrointeqrasiya qadağan olunmazsa, Ermənistan bu punktu nəzərə alaraq qərarını verməlidir". O, həmçinin əlavə edib ki, Ermənistan Avrasiya İttifaqının yaradılması prosesində iştirak etməlidir. "Avrasiya İttifaqına daxil olmaq bizim Avropaya inteqrasiya imkanlarımızı əlimizdən alınması hesabına başa gəlməməlidir. Biz indiki çətin iqtisadi şəraitdə alternativ iqtisadi resurslardan istifadə imkanını əlimizdə saxlamalıyıq ".

Sadiq

AzNews.az