AKP-çi qadınlar CHP qarşısında etiraz aksiyası keçirdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qadın üzvləri CHP-nin mənzil qərargahının önündə etiraz piketi keçirib. ANS PRESS Türkiyə mətbuatına istinadən məlumatına görə, etirazçılar CHP millət vəkili Kamer Gencin baş nazir Rəcəb Tayyip Ərdoğanın həyat yoldaşı barədə dediklərinə sözlərə etirazlarını bildirib.

AKP-nin qadın üzvləri CHP millət vəkilini istefaya səsləməklə yanaşı, onun Əminə Ərdoğan barədə dediklərini əxlaqi və siyasi dəyərlərə uyğun olmadığını bildiriblər.

Ankarada keçirilən etirazlar İzmirdə də CHP-nin təşkilatının ofisinin qarşısında keçirilib.

AzNews.az