Kiyevdə qarşıdurma: Ukrayna Belarusa çevrildi

Noyabrın 30-da Kiyev polisi "Avromeydan"ı boşaltmağa çalışıb.

AzNews.az xəbər verir ki, meydanda Avropaya inteqrasiya tərəfdarları və əleyhdarları arasında olan qarşıdurmaya son qoymaq məqsədi daşıdığını bildirib.

Əməliyyat zamanı aksiyaçılar polisə daş atıb, milis maşınına ziyan vurublar. Əməliyyat zamanı həbslər barədə hələlik rəsmi məlumat verilmir. Bununla yanaşı mitinqçilərin dubinka ilə döyüldüyünə dair xəbərlər var.

Deputat Andrey Şevçenko sosial şəbəkədəki səhifəsində onlarla aksiyaçının yaralandığı və həbs olunduğunu yazıb. "Ukraynanın 10 gündə Belarusa çevrilməsi çox kədərlidir" deyə deputat qeyd edib.

Elnarə
AzNews.az