300-dən çox bina söküləcək

Türkiyənin cənub-qərbində yerləşən turizm şəhəri Bodrumda 350 bina söküləcək. Bu barədə "Sabah" qəzeti xəbər yayıb.

Nəşrin məlumatına görə, habelə şəhərdə qanunsuz fəaliyyət göstərən bir neçə turizm obyektinin də söküləcəyi gözlənilir.
Qəzet xəbər verir ki, müasir inşaat standartlarına cavab verməyən binalar söküləcək.

Bundan əvvəl Türkiyənin Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) hesabatında ölkənin qeyri-leqal turizmdən hər il 10 milyard dollardan artıq vəsait itirdiyi göstərilmişdi.

Assosasiyanın məlumatına görə, ölkədə hər il 15 milyard dollardan artıq vəsait vergidən yayındırılır ki, bu da Türkiyə iqtisadiyyatını zəiflədir.

Həmçinin bildirilir ki, bu gün qeyri-leqal turizm Türkiyənin turizm firmalarının qeydiyyata alınmadığı bütün regionlarında son dərəcə güclü inkişaf edib.(trend)