23:55
(077) 610-22-33

İran prezidenti zəlzələdən zərər çəkənlərlə görüşüb - FOTO

  • >
256 30 Noyabr 2013 18:14 | Region

İran prezidenti Həsən Ruhani bu gün səhər saatlarında zəlzələ bölgəsinə səfər edib.

APA-nın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, H.Ruhani İranın cənubunda yerləşən Buşəhr vilayətinin Fars körfəzi xəstəxanasında Borazcan şəhərində baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşlarla görüşüb və onlara necə yardım göstərilməsi prosesi ilə yaxından tanış olub. İran prezidenti həmçinin Borazcan və Dəştistan şəhərlərində zəlzələdən zərər çəkmiş bölgələrin yaxın üç həftə içərisində yenidən tam şəkildə bərpa ediləcəyini bildirib.

Qeyd edək ki, noyabrın 28-də axşam saatlarında İranın Buşəhr vilayətində 5,7 bal gücündə zəlzələ baş verib. Nəticədə üç şəhərdə 8 nəfər ölüb, 209 nəfər yaralanıb. Təbii fəlakət 300 evə ciddi ziyan vurub, kommunikasiya xətləri sıradan çıxıb.

AzNews.az
image description image description image description
Bağla X