18:21
(077) 610-22-33

Şəhriyarın məqbərəsi qəzalı vəziyyətdədir - FOTO

  • >
430 1 Dekabr 2013 15:11 | Region

İranın Təbriz şəhərindəki "Şairlər məqbərəsi" ("Məqbərətul şuara") abidəsi dağılmaq təhlükəsi ilə üzləşib.

APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, həmin məzarlıqda Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyar da daxil olmaqla bir çox tanınmış şəxslər dəfn olunub.

Məlumata görə, 40 yaşlı tarixi abidənin bərpa olunmasına ehtiyac var.

Təbriz şəhərinin Sərxab məhəlləsinin sakinlərindən biri olan Hacı Əli deyib ki, son bir neçə ildə tarixi abidə dəfələrlə restavrasiya olunmaq adı ilə qapadılıb: "Məqbərəyə artıq əvvəlki kimi turist axını yoxdur. Artıq abidəni ziyarət etməyə gələn şagird və tələbələrin sayı yüzlərlə deyil. Çünki əksər günlər məqbərə tikintidən dolayı bağlı olur".

Məqbərənin yerləşdiyi Sərxab məhəlləsinin digər sakini Rza Yusifpur vurğulayıb ki, "Şairlər məqbərəsi" şöhrəti dünyaya yayılmışTəbriz şəhərinin tarixi abidələrindən biridir: "Bir neçə ildir məqbərədəki məzarlar təmir edilir və restavrasiya olunur. Mən tarixi abidənin tavanından da yağış damdığını eşitmişəm".

AzNews.az
Bağla X