Ukrayna Avropa İttifaqı ilə danışıqları bərpa edir- Qərar


Ukrayna nümayəndə heyəti yaxın günlərdə Avropa İttifaqı ilə danışıqları bərpa etmək üçün Brüsselə yola düşəcək.

Bunu Ukraynanın xarici işlər naziri Leonid Kojara bildirib.

Danışıqların mövzusu Avropa İttifaqı ilə sazişin imzalanması olacaq.

Nazir bildirib ki, görüşdə qazın qiyməti və beynəlxalq təşkilatların maliyyə köməyi ilə bağlı məsələlər də müzakirə olunacaq.

Kojara danışıqların formatı barədə heç bir məlumat verməyib.

Elnarə
AzNews.az