Rusiyada 27 yaşlı azərbaycanlı narkobaron həbs edildi


Rusiya polisi Çelyabinskdə narkotrafikdə şübhəli bilinən 27 yaşlı azərbaycanlını saxlayıb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Saxlanan şəxsin narkotrafik kanalı yaratdığı güman edilir. Azərbaycanlıdan başqa Penza - Vladivostok sərnişin qatarında 5,5 kq heroin aparan, 25 yaşlı, Buryatiya sakini olan qadın da polis tərəfindən saxlanılıb. Onun çantasında 11 qutu heroin tapılıb. Məlum olub ki, qadın heroini Urkutskdan gətirir.

Həır iki şəxlə bağlı həbs qətimkan tədbiri seçilib.

Elnarə
AzNews.az