06:18
(077) 610-22-33

Rauf Denktaşın məzarüstü abidəsinə pul tapılmır

  • >
437 2 Dekabr 2013 10:47 | Region

Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu olan mərhum prezident Rauf Denktaşın məzarüstü abidəsi 2 ildir ki, hazırlanmır.

R.Denktaşın qızı Ender Denktaş Vangöl buna etiraz edərək atasına qarşı hörmətsizlikdən şikayətlənib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızı R.Denktaşa qarşı vəfasızlıq edildiyini bildirib. Onun sözlərinə görə, məzarüstü abidənin hazırlanması yubanır və rəsmi qurumlar layihənin yaxın zamanda tamamlanacağını bildirsələr də, hələlik konkret iş görülməyib.

R.Denktaş üçün anıt qəbir hazırlanması məqsədilə Lefkoşada yer aıyrıb və layihə üçün müsabiqə keçirib. Müsabiqə 2012-ci ildə başa çatıb. Ancaq anıt məzarın hazırlanması maliyyə vəsaiti çatışmadığından təxirə salnıb.

Buna etiraz edən E.Denktaş "Bizə deyirlər ki, maliyyə vasaiti yoxdur. Biz atamızı ailə məzarlığında dəfn etmək istədik. O zaman bizə "liderimizə məzar hazırlanacaq" dedilər. Amma sonu olmadı".
Qeyd edək ki, Türkiyənin baş naziri R.T.Ərdoğan da Kiprdəki iqtisadi durumdan danışarkən bir müdirin 14 milyard lirə(köhnə türk pulu ilə) maaş aldığını bildirmişdi.

Elnarə
AzNews.az
Bağla X