Ukrayna Radasında hökumətə etimadsızlıq məsələsinə baxılır


Ukrayna Ali Radasının dövlət quruculuğu və yerli özünüidarə komitəsində hökumətə etimadsızlıq məsələsinə baxılacaq.


AzNews.az xəbər verir ki, bu barədə müxlifət partiyasının saytında məlumat yer alıb.

Məsələnin komitədə bu gün müzakirəyə çıxarılacağı bildirilir. Müxalifət partiyasını parlamentdə təmsil edən Ruslan Knyazeviçin sözlərinə görə, Nikolay Azarovun rəhbərlik etdiyi hökumətə etimadsızlıqla bağlı layihəni "UDAR" fraksiyasının sədri Vitali Kliçko təqdim edib.

Elnarə
AzNews.az