Ermənistanla Rusiya arasında bir neçə saziş imzalanıb

Rusiya ilə Ermənistan arasında qaz sahəsinə aid bir neçə sənəd imzalanıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, həmin sənədlər "ArmRosqazprom" QSC-nin səhmlərinin satışı, qazın qiyməti və "ArmRosqazprom" üçün güzəştləri nəzərdə tutur.

Konkret olaraq Ermənistan hökuməti Rusiyanın "Qazprom" şirkəti ilə "ArmRosqazprom" QSC-yə güzəştlərin edilməsinə dair saziş imzalayıb. "Qazprom" "ArmRosqazprom"un nizamnamə kapitalında 80% paya, Ermənistan isə 20% paya malikdir.

Moskva ilə İrəvan həmçinin Ermənistana idxal olunan qaz, neft məhsulları və emal olunmamış almazlara ixrac rüsumlarının ləğvinə dair saziş imzalayıb.


AzNews.az