İran Rusiyanı Arbitraj məhkəməsinə verir İran Rusiyanı Arbitraj məhkəməsinə verir

S 300 qalmaqalı yenidən gündəmədə

İran Rusiyanı Arbitraj məhkəməsinə verir


Rusiya İranın nüvə proqramı ilə bağlı daha sərt mövqe tuta bilər. "Müttəfiqlər" arasında yaranmış narazılığa səbəb Rusiyanın S 300 Zenit Raket Komplekslərini İrana verməkdən imtina etməsi və müqavilənin şərtlərinə əməl etməməsidir. İran tərəfi isə Rusiyanı Çenevrə arbitraj məhkəməsinə verəcəyini və kompensasiya alacağını bildirir.

AzNews.az lenta.ru saytına istinadən xəbər verir ki, Iranın bu addımını Rusiya cavabsız qoymaq fikrində deyil. Adının çəkilməsini istəməyən yüksək çinli hökumət nüməyəndələrindən biri deyib ki, "İran Rusiyanı məhkəməyə verməkdən çəkinməlidir. Biz onları nüvə proqramı məsələsində dəstəkləyirik və konstruktiv mövqe tuturuq. Onlar isə bizim yaxşılığımıza bu cür cavab vermək istəyirlər".
Qeyd edək ki, İranla Rusiya arasında S-300 Zenit Raket Komlekslərinin alışı ilə bağlı müqavilə 2007- ci ildən bağlanıb. Rusiyanın iddiasına görə onlar sırf texniki səbəblərdən 800 milyon dollarlıq müqavilənin şərtlərinə əməl edə blmirlər.


Sadiq

AzNews.az