Sabiq prezidentlər Ukraynadakı son vəziyyəti müzakirə etdi- FOTO

Ukraynanın keçmiş prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko ölkədə yaranmış vəziyyəti müzakirə etmək üçün görüş keçiriblər.

APA-nın xəbərinə görə, bu barədə özünün "Facebook" səhifəsində V. Yuşşenkonun mətbuat katibi İrina Vannikova məlumat verib.

İ. Vannikova bildirib ki, sabiq prezidentlər Ukraynanın avrointeqrasiya kursunu və ölkədə keçirilən kütləvi aksiyaları müzakirə edərək birgə bəyanatla çıxış etməyə qərar veriblər: "Onlar meydandakı gənclərlə həmrəylikdən və avrointeqrasiyaya dəstəkdən danışdılar. Leonid Kravçuk xahiş etdi ki, "Prezidentlər Ukraynanın avrointeqrasiyasına tərəfdardır" başlıqlı bəyanat qəbul olunsun. Hazırda bəyanat hazırlanır".

AzNews.az