Hava limanı fəaliyyətini dayandırdı

Bu gün Batumi Beynəlxalq Hava Limanı hava şəraitinin kəskin pisləşməsi nəticəsində fəaliyyətini müvəqqəti dayandırıb.
Trend-in aeroporun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, pis hava şəraiti və güclü külək səbəbindən Batumi-İstanbul reysi təxirə salınıb.
Bu gün saat 18:00-da İstanbula uçmalı olan təyyarənin sərnişinləri artıq hava limanının binasını tərk ediblər.
Hava yaxşılaşdıqdan sonra aeroport işini bərpa edəcək

AzNews.az