Kiyev küçələri bağlanacaq


Sabah Ukraynın Kiyev şəhərində ATƏT-in Nazirlər Şurasının sayca 20-ci iclası öz işinə başlayacaq. AzNews.az-ın Kiyevə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, sabahkı iclasda 57 ölkənin xarici siyasət idarəsinin rəhbərləri iştirak edəcək.

Tədbirlə əlaqədar sabah səhər saat 07.00 -dan Kiyevin mərkəzi küçələri bağlı olacaq.

İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

Aynur
AzNews.az