Türkiyənin Yaxın Şərqdə populyarlığı azalıb

Bununla belə, o, yenə regionun favorit dövləti kimi qəbul olunmaqda davam edir...
Türkiyənin Yaxın Şərqdə müsbət imicdə qəbul edilməsi zəifləyib. musavat.com-un məlumatına görə, bu barədə "Hürriyet Daily News" Türkiyənin İqtisadi və Sosial Araşdırmalar Fondunun apardığı sorğunun nəticələrinə istinadən xəbər verib. Lakin populyarlığın azalmasına rəğmən, ölkə yenə də regionun mühüm və favorit dövləti kimi qəbul edilir.

Artıq beşinci dəfə keçirilən sorğu son 3 il ərzində Türkiyənin populyarlığının endiyini göstərib. Belə ki, 2011-ci ildə əgər respondentlərin 78 faizi ölkənin rolunu pozitiv qiymətləndirirdisə, 2012-ci ildə bu rəqəm 69, bu il isə 59 faizə düşüb.

Sonuncu plebissit regionun 16 ölkəsində avqust-sentyabr aylarında telefonla keçirilib. Türkiyə ən böyük nüfuz itkisinə Misirdə və Suriyada məruz qalıb - enmə 50 faiz təşkil edib. Pozitiv planda qəbul edilən ölkələr arasında Səudiyyə Ərəbistanı birinci yerdə gəlir. Ərəb Əmirlikləri ikinci, Türkiyə isə üçüncü yerdə qərar tutub.

Türkiyə 2011 və 2012-ci illərdə birinci olub.


AzNews.az