Hakimiyyətdən geri addım: Növbədənkənar seçkilər müzakirə ediləcək- Yenilənib


Ukrayna hökuməti növbədənkənar seçkilərlə bağlı müxalifətin tələbini müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Bu barədə baş nazirinin müavini Sergey Arbuzov "Ukrainskaya pravda" qəzetinə müsahibəsində bildirib.

AzNews.az xəbər verir ki, baş nazirin müavini müsahibəsində "Mən güman edirəm ki, əgər biz danışıqlar masasına otursaq, əsas təkliflər növbədənkənar seçkilərin keçirilməsi olacaq. Biz onları müzakirə etməyə hazırıq" deyib.

Arbuzovun sözlərinə görə, danışıqlar işgüzar şəraitdə keçməlidir.

Xatırladaq ki, Kiyevdə və Ukraynanın digər şəhərlərində keçirilən mitinqlərdə, müxalifət ölkə rəhbərliyinin istefasını, hazırda əksəriyyəti hakim partiya və müttəfiqlərinin təmsil olunduğu Ali Radanın buraxılmasını, yeni seçkilərin keçirilməsini tələb edir. Ukraynada növbəti prezident seçkiləri 2015-ci, parlament seçkiləri isə 2017-ci ildə keçrilməlidir.

Müxalifət bu günlərdə hökumətin istefası məsələsini Ali Radada müzakirəyə çıxarmaq istəsə də, buna nail olmayıb.

Elman
AzNews.az


***
12:02

ATƏT - in Nazirlər Şurasının iclasında iştirak etmək üçün Kiyevə gələn rəsmilərdən müxalifətçilərə dəstək gəlib. AzNews.az-ın xüsusi müxbiri Kiyevdən xəbər verir ki, ATƏT -in baş katibi Lamberto Zannier "Meydan"a gələrək mitinqçilərlə görüşüb. Kiyevdə olan hadisələri Ukraynanın xarici işlər Leonid Kojara ilə müzakirə edən Lamberto Zannier mitinqçilərə dəstəyini gizlətməyib. Eyni zamanda Almaniyanın xarici işlər naziri də mitinqi ziyarət edib.

"Meydan"ı Ukrayna müxalifətinin lideri Klicko ilə birlikdə gəzən almaniyalı nazir mitinqçilər qarşısında çıxış da edib.

Aynur
AzNews.az

image description image description image description image description