2,5 min miqrantın işlədiyi qanunsuz fabrik aşkarlandı


Rusiya paytaxtı Moskva şəhərinin ətrafında polis geyim istehsalı ilə məşğul olan fabrik aşkarlayıb.

Fabrikdə 2,5 min qanunsuz miqrant çalışıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, fabrikdə 2 min ədəd tikiş avadanlığı və hazır geyim müəyyən edilib. Geyimlərə məşhur xarici firmaların etiketi vurulub.

70 ton saxta məhsul aşkarlanıb ki, bu da 20 milyon rubl ziyan deməkdir.

Fabrikdə çalışanlar antisanitariya şəraitində işləyib. Qanunsuz biznesdə şünhəli bilinən Vyetnam vətəndaşı saxlanııb.

Elnarə
AzNews.az