“Berkut” “Meydan”a hücum edəcək

Ukraynada Avropaya inteqrasiya tərəfdarlarının toplaşdığı meydana yenidən "Berkut" döyüşçülərinin hücumu gözlənilir.

"Meydan"dakı barrikadalarda 300-ə yaxın insan toplaşıb ki, aksiyaçların sayı getdikсə artır.

"Meydan"dakı aksiyanın təşkilatçılarından biri də "Berkut"un aksiyaya növbəti dəfə müdaxilə edəcəyi barədə məlumatların olduğunu bildirib.

AzNews.az Rusiya mətbuatına istinadən bildirir ki, aksiyanın dağıdılacağı barədə xəbər müxalifət arasında təşviş yaratmağa hesablanan dezinformasiya da ola bilər.

Aksiya təşkilatçıları "Meydan"a müraciətlə təxribata uymamağa çağırıb.


Elnarə
AzNews.az