“Bu əlaqələr hər an pozula bilər” “Bu əlaqələr hər an pozula bilər”

Nazir Ermənistan və Türkiyə əlaqələrindən danışdı

“Bu əlaqələr hər an pozula bilər”




Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu Ermənistan - Türkiyə əlaqələrinin normallaşmasının Cənubi Qafqazda əldə ediləcək sülhdən asılı olduğunu bildirib.

"Ermənistan və Türkiyə əlaqələrində normallaşma yaranmasa belə, Cənubi Qafqazda sülh əldə edilməzsə, bu əlaqələr hər an pozula bilər,"- deyə Davudoğlu bildirib.

XİN rəsmisi onu da qeyd edib ki, hal-hazırda regionda Azərbaycan-Türkiyə-Gürcüstan üçlü mexanizmləri mövcuddur və Ermənistanın Rusiya ilə əlaqələri nəzərə alınmasa, demək olar ki, Yerevan regionda tək qalıb.

"Rəsmi Ankara Ermənistanın təcrid edilməsini dəstəkləmir, Lakin Ermənistan bu təcrid vəziyyətindən çıxmaq niyyətindədirsə, Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarılmalıdır,"- deyə Davudoğlu bildirib.(trend)