Telekanalları xüsusi təyinatlılar qoruyur

Ukraynanın əksər telekanallarının yerləşdiyi telemərkəzi DİN-in xüsusi təyinatlı "Berkut" döyüşçüləri qoruyur.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, telemərkəzin qarşısında iki avtobusda "Berkut" döyüşçüləri növbə çəkir.

Binaya giriş-çıxışa "Berkut" heç bir müdaxilə etmir. Ancaq bununla belə binann qarşısına çox sayda milis əməkdaşının da gətirilməsinin səbəbi ilə bağlı heç bir açıqlama verilmir.

Telemərkəzdə Birinci Milli Kanal, "1+1" və "Era" telekanalları yerləşir.

Elnur
AzNews.az