Suriyada erməniləri öldürdülər

Bu gün saat 11:15 radələrində Suriyanın Xarat Tayi bölgəsini cənubunda yerləşən Kamışlı şəhərində terrorçu avtobusa minərək, özünü partladıb.

Hadisə nəticəsində 20 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Partlayış ətrafa xeyli maddi ziyan vurub. Erməni mətbuatının yazdığına görə, hadisədə iki Suriya əsilli erməni ölüb, biri isə yaralanıb.

Eyni zamanda Hələb yaxınlığında döyüşlərdə bir erməni öldürülüb. Məlumata görə, 14 noyabr 2013-cü ildən bu günə qədər Suriyada 65 erməni öldürülüb. Qeyd edək ki, BMT-nin məlumatına görə, son 2.5 ildə Suriyada baş verən qarşıdurmalarda ölənlərin sayı 120 min nəfəri ötüb.

Elman
AzNews.az