- Köhnə - Region
- 7 Dekabr 2013 20:50
- 2 793
6,5 min hərbi qulluqçu asayişi qoruyur- Ukraynada
Trend bildirir ki, bu barədə Ukrayna DİN məlumat verir.
"Paytaxtda və ümumilikdə ölkədə kütləvi aksiyalar ictimai asayişin kobud pozuntuları olmadan keçir. İnsanların daha çox toplaşması əvvəlki kimi şəhərin mərkəzindəki Müstəqillik Meydanındadır", - nazirliyin saytında yerləşdirilmiş məlumatda deyilir. Bildirilir ki, 10 mindən artıq vətəndaş burada toplaşıb.
"Təxminən 3 min vətəndaş Ukrayna Ali Şurasının yanında etiraz aksiyaları keçirirlər", - məlumatda deyilir.
Təxminən 6,5 min milis əməkdaşı və daxili qoşunların hərbi qulluqçuları ölkədə keçən aksiyalarda asayişi qoruyurlar. Paytaxtda ictimai asayişin mühafizəsini təxminən 4 min nəfər təmin edir.
AzNews.az