- Köhnə - Region
- 9 Dekabr 2013 08:59
- 1 421
Kiyevdə barrikadalar quruldu
Xüsusilə aksiyaçılar Ukrayna hökumət binasının yerləşdiyi küçələrdə qurulan barrikadalarda gecələyib.
AzNews.az xəbər verir ki, dünən aksiyanın dağıdılmasa da, bu gün hakimiyyətin qəti tədbirlər görəcəyi təxmin edilir.
Hazırda Nazirlər Kabinetinin yerləşdiyi küçələrə keçmək mümkün deyil.
Bununla yanaşı Prezident Administrasiyası, Ali Rada, Daxili İşlər Nazirliyinin ətrafında da barrikadalar qurulub.
Aksiyaçıların tələbi hökumətin istefası, 30 noyabrda meydandakılara qarşı zorakılıq nümayiş etdirənlərin cəzalandırılması, vaxtından əvvəl prezident və parlament seçkilərinin keçirilməsidir.
Elnarə
AzNews.az