Prezident Putin də şahinlərin hava şousuna tamaşa edəcək Prezident Putin də şahinlərin hava şousuna tamaşa edəcək

Rus şahinlər havada tarix yazacaq

Prezident Putin də şahinlərin hava şousuna tamaşa edəcək


Kremlin mətbuat xidmətindən verilən məlumata görə bu gün Rusiya Hərbi
Hava Qüvvələrinin 100 illiyi ilə əlaqədar şahinlərin açıq hava şousu təşkil
ediləcək. AzNews.az en.rian.ru saytına istinadən xəbər verir ki, tədbirdə
Rusiya prezidenti Vladimir Putində iştirak edəcək. Verilən məlumata görə
aviaşou 2 gün təşkil olunacaq. Sadə vətəndaşlar aviaşouya bazar günü baxa
biləcəklər.

Qeyd edək ki, aviaşou 2 hissədə təşkil olunub. Birinci hissədə
müharibə əfsənəsi sayılan hava gəmilərinin şousu təşkil olunacaq. 2-ci hissədə
isə müasir təyyarələr ən çətin hava fəndləri göstərməklə yanaşı, havada 100
rəqəmi yazacaq və Rusiya bayrağını çəkəcəklər. Onu da qeyd edək ki, hava
şousuna 110- dan çox təyyarə və helikopter cəlb olunub.


Sadiq


AzN
ews.az