18:16
(077) 610-22-33

Yaponiyalı mütəxəssislər İrana gəlib

  • >
152 11 Dekabr 2013 20:33 | Region

Yaponiyalı mütəxəssislərdən ibarət qrup Urmiya gölündəki ekoloji vəziyyətlə tanış olmaq üçün İrana gəlib. APA-nın "Öyrənci səsi"nə istinadən verdiyi məlumata görə, Yaponiya nümayəndə heyətinə ekologiya sahəsində böyük iş təcrübəsinə malk olan 3 nəfər ekspert daxildir.

İranın Qərbi Azərbaycan vilayətində ilk dəfə yerli və yapon mütəxəssislərin iştirakı ilə Urmiya gölündakı böhranla bağlı toplantı keçirilib. Yığıncaqda İranın Kənd Təsərrüfatı Nazirliyi, Şərqi, Qərbi Azərbaycan və Kürdüstan vilayətlərinin rəsmiləri və ekoloqları iştirak edib.

Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq edib.


AzNews.az
Bağla X