Avropa Parlamentariləri İranda

Avropa Parlamentinin bir qrup üzvü İranda səfərdədir.

APA-nın "Mehr" xəbər agentliyinə istinadən xəbərinə görə, Avropa Parlamentinin 8 nəfərdən ibarət nümayəndə heyətinə Tarya Krunberq rəhbərlik edir. Səfər İran parlamentinin Tədqiqatlar Mərkəzinin sədri Kazım Cəlalinin dəvəti ilə həyata keçirilir.

Avroparlamentarlar dekabrın 12-dən 17-dək İranda səfərdə olacaqlar. Onlar altıgünlük səfər çərçivəsində İran parlamentinin sədri Əli Laricani, ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi və digər rəsmilərlə görüşəcəklər. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və regional məsələlər əsas müzakirə mövzusu olacaq.


AzNews.az