İranda itkin düşən agentin ailəsinə “sus payı”– 2,5 milyon dollar

2004-cü ilin martında İranın Kiş adasında itkin düşən və indiyə qədər barəsində heç bir məlumat alınmayan amerikalı Robert Levinsonla bağlı işginc məlumatlar ortaya çıxıb.

AzNews.az Amerika mətbuatına istinadən xəbər verir ki, İranda yoxa çıxan şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olub.

Onun yoxa çıxdığı dönəmlərdə MKİ-nın agenti olduğu müəyyən edilib. ABŞ indiyə qədər itkin düşən vətəndaşı ilə bağlı açıqlamalarda onun agent olduğu iddialarını qətiyyətlə inkar edirdi.

Bu günlərdə isə Ağ Ev itkin düşən şəxsin axtarışının sürətlənməsi üçün rəsmi Tehrana müraciət edib.

Ancaq mətbuat iddia edir ki, Levinson İrana kəşfiyyat üçün göndərilib. Bundan sonra isə ailəsinə hökuməti məhkəməyə verməmək üçün sus payı olaraq 2.5 milyon dollar verilib.

Məlumatda o da bildirilir ki, Levinsonun İrana getməkdə məqsədi rejimə yaxın olan mənbə ilə görüşmək olub. Levinson bu barədə MKİ-dəki dostu Anna Jablonski ilə yazışmalarında bildirib.

Bu zaman MKİ yetkililəri onun İranda xərcləyəcəyi vəsait barədə müzakirələr aparıb. Amma Levinson İrana getdikdən sonra izsiz-soraqsız yoxa çıxıb. Hadisədən sonra MKİ arasında araşdırma aparılıb və bir neçə nəfər qurumdan uzaqlaşdırılıb.

Elnarə
AzNews.az