Amerikada Qarabağ erməni torpağı kimi təqdim edildi

Amerikda çap edilən "Writer`s Digest" jurnalı Ermənistan və Qarabağdan bəhs edən kitabı 2013-cü ilin ən yaxşı sorğu kitabı adlandırıb.

Matyu Karanyanın müəllifi olduğu "Ermənistan və Qarabağ: daş bağlar üçün bələdçi" kitabı bu il ərzində nəşr olunan kitablar arasında keçirilən müsabiqəyə təqdim edilib.

Müsabiqənin mükafatçıları arasında yer alan kitabda Azərbaycanın işğal olunmuş ərazilərinin erməni torpağı kimi tanıdılması ilə yanaşı, qondarma soyqırıma da xüsusi diqqət ayrılıb.

Elnarə
AzNews.az