18:09
(077) 610-22-33

Türkiyədə bu gün tarixi imza atılacaq

  • >
253 16 Dekabr 2013 10:41 | Region

Bu gün Ankarada Türkiyə vətəndaşlarının ən gec 3.5 il sonra Avropa Birliyi ölkələrinə vizasız gedişini təmin edəcək saziş imzalanacaq.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaradakı imza mərasiminə AB-dən Komissiyanın daxili işlərinə məsul üzvü Cecilia Malmstrom, Türkiyədən isə baş nazir Rəcəb Tayyib Ərdoğan, nazirlər Əhməd Davudoğlu , Egemen Bağış və Muammer Gülər qatılacaq.

Mərasimdə imzalanacaq Geri Qəbul Razılaşması isə Avropanın Şengen ölkələrinə girən qanunsuz immiqrantların saxlanıldıqları halda daxil olduğu ölkəyə təslim edilməsini nəzərdə tutur. Bu razılaşma qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün tətbiq ediləcək.

Geri Qəbulla bağlı görüləcək işlər AB-nin Türkiyəyə ayırdığı ortaq fondlardan maliyyələşəcək. Hesablamalara görə, bunun üçün illik xərc1.2 milyard avroya çata bilər.

Türkiyə qaçaq immiqrantlar üçün düşərgə və sığınacaqlar inşa edəcək, dil kursları, sərhəd təhlükəsizlik təşkilatı yaradacaq.

Elman
AzNews.az
Bağla X