Gürcüstanın baş naziri Azərbaycana gələcək

Gürcüstanın baş naziri İrakli Qaribaşvili dekabrın 16-17-də Azərbaycanda işgüzar səfərdə olacaq.

Gürcüstan Baş nazirinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində İ.Qaribaşvili Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Məlumata görə, İ.Qaribaşvili dekabrın 17-də Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üzrə sənədin imzalanması mərasimində iştirak edəcək.(trend)