Üç nazirin oğlu həbs olundu - ADLAR (YENİLƏNİB)

Türkiyədə bu gün səhər saatlarından polis basqını nəticəsində azərbaycanlı iş adamı Rza Zərrab və Əli Ağaoğlu ilə birlikdə saxlanan nazir oğullarının adları açıqlanıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunlar iqtisadiyyat naziri Zəfər Çağlayan, Daxili işlər naziri Muammər Gülər, Ərtaf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdarın oğullarıdır. Nazir oğullarının da adı iş adamları kimi rüşvət qalmaqalında hallanır.

Türkiyədə 3 nazirin oğlunun iş adamları ilə birgə saxlanmasından sonra daha 4 nazirliyin müşavirlərinin də saxlandığı xəbəri yayılıb.

AzNews.az xəbər verir ki, nazir oğullarının həbsi ilə bağlı mətbuatın suallarını hələlik cavablandırılmasa da, ilk açıqlamalar var.

Zəfər Çağlayanın yaxın ətrafı onun oğlu Saleh Kaan Çağlayanın saxlandığı iddialarına münasibət bildirərkən "Bizim xəbərimiz yox idi. Mətbuatdan öyrəndik" deyib.

Daxili İşlər naziri Muammer Gülər isə oğlunun saxlanmasından sonra bu gün Sofiyada qatılacağı tədbiri təxirə salıb.


***
11:28
Bu gün Türkiyənin İstanbul şəhərində eyni zamanda çox sayda ünvana polis basqını zamanı saxlananlar arasında azərbaycanlı iş adamı Rza Zərrab, Azərbaycanla iş ortaqlığı olan Əli Ağaoğlu ilə yanaşı, nazirlərdən birinin oğlu da var.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hələlik polis hansı nazirin oğlunun saxlandığına aydınlıq gətirməyib. Bu sırada polisin əvvəlki məlumatlarda deyildiyi kimi 18 yox, daha çox ünvana basqın etdiyi bildirilir.

Belə ki, 22 evə keçirilən polis basqınında 22 nəfər saxlanılıb.

Hadisə ilə bağlı "Ağaoğlu Grup"dan ilk açıqlama gəlib. Şirkətin təmsilçisi Hasan Rahvalı Əli Ağaoğlunun məlumat almaq üçün polisə dəvət edildiyini bildirib.


Elnarə
AzNews.az
image description image description image description