Xankəndinin icra strukturu yaradılsın- Təklif


Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Flora Qasımova Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş şəhərlərindən biri olan Xankəndinin icra strukturunun yaradılması təklifi ilə çıxış edib.

AzNews.az-ın məlumatına görə, deputat bildirib ki, işğal olunan ərazilərlə bağlı işıq üzü görmüş bir sıra nəşrlərdə və həyata keçirilən layihələrdə bütün işğal olunan rayonların bu tarixi gösətirlsə də, Xankəndinin işğal tarixinin göstərilməməsi ciddi narahatlıq doğurur:

"Xankəndi bizim əzəli torpağımız və böyük yaşayış mərkəzimiz olub. Lakin indi separatizm yuvasına çevrilib. Ölkə başçısı da dəfələrlə bəyan edib ki, Azərbaycan bayrağı işğal olunmuş torpaqların mərkəzi olan Xankəndi və Şuşada dalğalanacaq. İşğal olunmuş digər rayonlar haqqında ölkə ictimiayyətinə geniş məlumat verilsə də, Xankəndi haqqında bu edilmir. Məndə belə təsəvvür yaranır ki, ictmiayyətdə Xankəndi haqqında çox az məlumat var".

F.Qasımova bildirib ki, ermənilər Xankəndinin adnı dəyişərək Stepanakert qoyub və onun 90 illik yubileyini qeyd edirlər: "Azərbaycan bununla bağlı ciddi addımlar atmalıdır. Xankəndinin ərazisi 8 min kvadrat metrdir. Biz Xankəndi, onun tabelçiliyində olan yaşayış məntəqələri, əraziləri və digər vacib əhəmiyyətli məlumatları ictimiayyətə, eləcə də xaricdən gələn qonaqlara çatdırmalıyıq. Bizdən fərqli olaraq ermənilər Xankəndini Stepanakert olaraq tanınmamış respublikanın paytaxtı kimi dünyaya təqdim edirlər".

Deputat hesab edir ki, bunun səbəblərindən biri də Xankəndinin icra strukturunun olmamasıdır: "Hazrıda Azərbaycanın müxtəlif bölgələrində Xankəndindən olan məcburi köçkünlər yaşayır. Xankəndi icra strukruru yardılmalıdır ki, bu məsələlər öz kompleks həllini tapa bilsin".

Milli Məclisin sədri Oqtay Əsədov isə qeyd edib ki, sizin fikirlərinizdə həqiqət var: "Ümid edirəm ki, bu təkilfləriniz gələcəkcə nəzərə alınacaq".

AzNews.az