Qorxunc hala salınan qadına Türkiyə sahib durdu

Dekabrın 13-də Əfqanıstanın İranla sərhəddində, Herat şəhərində əri tərəfindən qorxunc hala salınmış qadın dünyanın gündəmini zəbt edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qadına qarşı şiddətin hər il artaraq davam etdiyi ölkədə şiddətin son qurbanı 23 yaşlı 4 uşaq anası olan Sitarə oldu.

Gənc qadının narkoman əri onun burnu və dodaqlarını uşaqlarının gözü qarşısında kəsib. Sitarənin ərindən narkotik maddə asılılığında xilas olmasını istəməsi qadının bu hala düşməsinə səbəb olduğu bildirilir. Qadının narkoman əri hadisəni törətdikdən sonra qaçıb. Əfqan polisinin axtarışlarına baxmayaraq kişi tapılmayıb.

Hadisədən sonra Herat şəhərində xəstəxanaya yatırılan Sitarənin müəlicəsinin burada kifayət olmaması səbəbi ilə Əfqanıstan Səhiyyə Nazirliyi və Türkiyənin Kabildəki səfirliyinin birgə səyləri ilə Sitarə bu gün Türkiyəyə göndərilib. Təyyarə ilə Heratdan Ankaraya gətirilən Sitarə xüsusi təcili yardım maşınında qardaşı Əhmədlə gözləyir.

Əhməd, Kabil Hava Limanında verdiyi açıqlamada, bacısına sahib çıxan və müalicəsini üzrəinə götürən başda Türkiyə dövləti olmaqla Əfqanıstan Səhiyyə Nazirliyi və Türkiyənin Kabildəki səfirliyinə təşəkkür edib.

Bütün xərcləri Türkiyə Səhiyyə Nazirliyi tərəfndən ödəniləcək Sitarə bugün İstambula göndəriləcək, daha sonra Ankaraya yerləşdiriləcək.

Qeyd edək ki, Türkiyə hər il Əfqanıstanda müalicəsi mümkün olmayan 250 xəstəni öz hesabına Türkiyənin müxtəlif xəstəxanalarında müalicə etdirir.


AzNews.az