Siyasi məhbuslar şallaqlandı

İranın Tehran şəhərindəki "Evin" həbsxanasında saxlanlan 14 siyasi məhbusa şallaq vurulub. Bu barədə məlumatı İranın "Kəlmə" xəbər agentliyi yayıb. Məlumata görə, həbsxananın 350-ci bölməsində saxlanan, aralarında Siyamək Qadiri, Rəhman Buzəri, İbrahim Babayı, Hüseyn Zərrini və diər siyasi məhbisların da olduğu qrup növbə ilə cəzalandırılıb.


Məlumatı siyasi məhbuslardan S.Qadirinin həyat yoldaşı xanım Fərzanə Mirzəvənd də təsdiqləyib. Onun sözlərinə görə, bu məlumat ona həbsxanada həyat yoldaşı ilə əvvəlcədən təyin olunmuş görüş zamanı verilib:"Siyamək özünü çox piss hiss edirdi. Dedi ki, ona və digər məhbuslara şallaq vurulub".

İranda keçirilən son prezident seçkilərinin nəticələrinə etiraz olaraq mitinqlərə qatıldıqlarına görə həbs edilərək müxtəlıf müddətlərə azadlıqdan mıəhrum edilən islahatçı siyasi məhbuslara qarşı bu cəzanın səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, "Evin" həbsxanası siyası məhbusların saxlanıldığı və işgəncələrə məruz qaldığı yer kimi dəfələrlə beynəlxalq təşkilatların hesabatlarında yer alıb.


Alpər

AzNews.az