“Qondarma respublikanın danışıqlarda tərəf kimi iştirakı üçün ən münasib vaxtdır” “Qondarma respublikanın danışıqlarda tərəf kimi iştirakı üçün ən münasib vaxtdır”

Seyran Ohanyandan daha bir sərsəm bəyanat

“Qondarma respublikanın danışıqlarda tərəf kimi iştirakı üçün ən münasib vaxtdır”


Ermənistanın Müdafiə naziri Seyran Ohanyan daha bir sərəsəm bəyanatla çıxış edib. O, armenpress.am" saytına müsahibəsində bildirib ki, "Dağlıq Qarabağın sülh danışıqlarında tərəf kimi iştirakı üçün ən münasib şərait yaranıb". O, əsas kimi qondarma respublikanın sürətli inkişafını göstərib və Minsk qrupu həmsdr dövlətləri adından da danışmağı unutmayıb. " Həm Ermənistan həm də Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağın danışıqlarada iştirakı vaxtının çatdığını hesab edirlər. Bizə sadəcə bu məsələdə irəliləyişə nail olmaq və haqlı olduğumuzu sübut etmək üçün müəyyən qədər vaxt lazımdır".


Ermənistanın Müadfiə naziri həmçinin bildirib ki, " əsas məsələ odur ki, biz udmuşuq və Dağlıq Qarabağın tanınmasına da nail olacağıq". Erməni nazir Rusiya-Ermənistan müasibətlərinə də toxunub və bildirib ki, iki ölkə arasında hərbi strateji münasibətlər yüksək səviyyədədir və lazım gəldikdə Rusiya bizi müasir silah və sursatla təmin edəcək.


Sadiq

Aznews.az