20:21
(077) 610-22-33

Cümşüd Nuriyev: “İran şeytan statusunda çıxış edir”

  • >
1 292 15 Avqust 2012 13:32 | Region

“NATO daha çox xristian dövlətlərinə qarşı çıxanları cəzalandırmaq üçün yaradılıb”



İranın müdafiə naziri Əhməd Vəhidi deyib ki, müsəlman ölkələri arasında hərbi ittifaq yaradılmalıdır. O, bildirib ki, yaradılan ittifaq müsəlman ölkələrinə olan hücumları dəf etmək, eləcə də fələstin xalqını müdafiə etmək məsədilə yaradıla bilər: "Fələstin dəyərlərini müdafiə etmək məqsədilə müsəlman ölkələri arasında güclü və stateji ittifaq yaranarsa, sionist rejimin fələstin xalqının istəklərinə boyun əyməkdən başqa çarəsi qalmayacaq. Həmçinin, bu ittifaqla müsəlman ölkələrinə qarşı edilən təzyiqlərin də qarşısını almaq olar".

İranın bu təklifini müsbət dəyərləndirən politoloq Cümşüd Nuriyev AzNews.az-a məsələni belə şərh edib: "Bu, əslində ağıllı təklifdir, çünki qərb açıq-aşkar müsəlmanlara qarşı səlib yürüşü təşkil edib. Əvvəl İraqı ABŞ özü işğal edirdisə, indi ərəb inqilablarının vasitəsilə digər dövlətlərə təzyiq edir. Amerika bu qədər demokratikdirsə, ona qonşu olan Kuba dövlətinə niyə müdaxilə etmir? 60 ildir ki, Kubada qeyri-demokratik mühit var. Demokratiya nədənsə müsəlman dövlətlərindən tələb edilir. Heç bir xristian dövlətindən bu tələb olunmur. Əgər bizi qırırlarsa, biz niyə susmalıyıq? Ona görə də İranın bu təklifi müsbət qarşılanmalıdır. Qərb dövlətləri 1949-cu ildə NATO-nu yaratdı. NATO daha çox xristian dövlətlərinə qarşı çıxanları cəzalandırmaq üçün yaradılıb. Əgər demokratiyadan söhbət gedirsə, dünyanın ən sivil ölkəsi Yunanıstandır. Amma bu dövlət çökür. Monarxiyadan danışırlarsa, dünyada ən böyük monarxiya İngiltərədədir. Avropada 12 monarxiya quruluşlu dövlət var. Bütün bunları araşdıranda məlum olur ki, bu dövlətlərin məqsədi müsəlman ölkələrini çökdürməkdir. Müsəlman dövlətləri dərk etməlidirlər ki, sıra hamıya çatacaq. Azərbaycanda bu sıraya daxildir. Ona görə müsəlman dövlətləri birləşib, birgə mübarizə aparmalıdır. Həmçinin, bunu da nəzərə almaq lazımıdır ki, bu addımı atmaqda İranın məqsədi özünü qorumaqdır. Çünki bilirlər ki, Suriyadan sonra növbə İranındır. Hər nə də olsa, uğurlu təklifdir".

Amma buna baxmayaraq, politoloq qeyd edib ki, Azərbaycandan İrana qarşı həddən artıq və haqlı olaraq narazlıq var. Çünki İran şəriət qaydalarından sui-istifadə edir: "Bu dövlət Ermənistanın himayəçisidir. İslam qanunlarında da haqsızları dəstəkləmək pislənir. Peyğəmbərimiz deyir ki, haqsızın yanında olan dinsiz şeytandır. İran da Ermənistanla bağlı dinsiz, şeytan statusunda çıxış edir. Amma bütün bunalara baxmayaraq, İran hərdən ağıllı şeylər danışa bilir".

İlkin
AzNews.az



Bağla X