11:48
(077) 610-22-33

“Lazım gəlsə məscidi də yıxarıq”: Ərdoğandan tarixi sözlər

  • >
338 2 Yanvar 2014 16:22 | Region

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 2013-cü ildə çıxışlarındakı bəzi ifadələrlə diqqəti çəkib.


AzNews.az Türkiyə mətbuatına istinadən həmin ifadələri təqdim edir:

"Vandallar": "Gezi" Parkın hadisələri zamanı bu parkda gecələyənlərə xitabən söyləyib.

"Polis qəhrəmanlıq dastanı yazdı": Gezi hadisələri zamanı polisə təşəkkür edərkən söyləyib.

"İraq Kürdistanı": Diyarbəkirdə Bərzanini salamlayarkən ilk dəfə bu ifadəni işlədib.

"Sisi Pisi" : Misirdə çevriliş edən general Sisi haqqinda danışarkən bu ifadədən istifadə edib.

"Dəməşqdəki yezid": Suriya dövlət başçısı Bəşər Əsəd barədə danışarkən onu belə adlandırıb.

"Valimizi yedirtmərik": Vətəndaşları təhqir edən Adana valisi Hüseyn Avni Coşun istefasını tələb edən müxalifətə xitabən belə deyib.

"Qızlı-oğlanlı": Universitet tələbələrinin qızlı-oğlanlı bir evdə qalmasını tənqid edərkən deyib.

"Lazım gəlsə məscidi də yıxarıq": Yol çəkmək üçün qarşıya çıxan bütün əngəlləri aradan qaldırmaq iqtidarında olduqlarını bildirmək üçün söyləyib.

Elnarə
AzNews.az
Bağla X