Nazirin evi qarşısında aksiya keçirildi

Ukraynada "avromaydan"ın avtomobili olan nümayişçiləri Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenkonun şəhər kənarındakı evinin qarşısında piket keçiriblər.

Aksiya səhər himn çalınandan sonra başlayıb.

Etiraz aksiyasına 150 fəal 40-50 avtomobillə gəlib. Polis onları saxlamağa cəhd etsə də, alınmayıb. Piket təxminən 1 saat davam edib. Daha sonra iştirakçılar Kiyevə qayıdıblar.

Ukraynanın Azadlıq meydanında toplaşan avrointeqrasiya tərəfdarları meydanı tərk etmək niyyətində deyillər. Maydanda barrikadalar quran iştirakçılar həm də avtomobillərlə piketlərə qoşulurlar. Onlar hakimiyyət nümayəndələrinin evləri qarşısında maşınlarıyla piket keçirirlər. Nümayişçilər daxili işlər nazirinin istefasını tələb edirlər.(anspress)